Türkiyə mətbuatı iki azyaşlı azərbaycanlı uşağın rəqsindən danışır.
Şadlıq saraylarının birində Nicat və Cahad qardaşlarının rəqsləri sosial media və türk mətbuatında böyük səs-küyə səbəb olub.
10 yaşları olduğu təxmin edilən qardaşların milli rəqsimizi mükəmməl oynaması hamını təəccübləndirib.
Qeyd edək ki, videogörüntülər tanınmış aparıcı İlkin Həsəni tərəfindən lentə alınıb.
Sözügedən azyaşlı qardaşların videosunu təqdim edirik.
Oxu.az