Bakıda “Oracle Day” Biznes və Innovasiya Forumu başa çatıb
15.3.2012

Dünən Bakıda “Oracle Day” İllik Biznes və Innovasiya Forumu keçirilib. Forum Oracle korporasiyası tərəfindən yerli tərəfdaş - SİNAM şirkətinin dəstəyilə təşkil olunub.

İKT informasiya mərkəzindən verilən məlumata görə, forum zamanı biznes və hökumət sektoru üçün nəzərdə tutulan proqram həlləri sahəsindəki dünya trendləri müzakirə olunub. Türkiyə, İsveçrə və Azərbaycandan olan mütəxəssislər İT-texnologiyaların uğurlu tətbiqindən danışıblar.

Forumda biznes və hökumət sektorunu təmsil edən yüzdən çox nümayəndə iştirak edib.