Britaniyada ictimai yerlərdə siqaret çəkməyə qadağan qoyulduqdan sonra
ölkədə qəlyan çəkməyi təklif edən yerlərin sayı iki dəfə artmışdır.
Betti Makbric fondunun nümayəndəsi demişdir ki, qəlyanın sağlamlığa
ziyanı tam öyrənilməmişdir. Lakin məlumdur ki, bir saat ərzində çəkilən
qəlyan 100 siqaretə bərabərdir. Onun sözlərinə görə, qəlyanı siqaretin
damara vurulması ilə müqayisə etmək olar.
AzərTAc