“Formula 1” rəhbərinin qızının 57 otaqlı evi - FOTO
20.8.2014

“Formula 1”-in rəhbəri Bernie Eklestonenin dəbdəbəli həyatı ilə tanınan 30 yaşlı qızı Tamara Eklestonenin Londondakı 57 otaqlı malikanəsinin içərisi görüntülənib.

5 milyon sterlinqə alınan, daxili və xarici təmir edildikdən sonra 70 milyon sterlinq dəyərində olan malikanə şəhərin ən lüks prospektində yerləşir.

Eklestone həyat yoldaşı Jay Rutland və beş aylıq qızları Sophiayla birlikdə yaşadığı malikanədə yalnız üç otağı istifadə etdiyini bildirib.


Oxu.az