Monakodakı "Tour Odeon" yaşayış kompleksində yerləşən çoxmərtəbəli penthaus satışa çıxarılıb. Aralıq dənizinə gözəl mənzərinin açıldığı mənzil fantastik qiymətə - 381 milyon dollara satılır.
Bu isə penthausu avtomatik olaraq dünyanın ən bahalı mənzilinə çevirir.
İnşasına başlanmış "Tour Odeon"un
tikintisi başa çatandan sonra bu bina yüksəkliyinə görə Aralıq dənizi
sahilində ikinci bina olacaq.
49-mərtəbəli binadakı
penthausda isə hovuz, su əyləncələri, konsyerj olacaq. Mənzili satın
alacaq şəxsi yaşayış kompleksi şəxsi sürücü ilə də təmin edəcək.









Milli.Az