381 milyon dollar: bu da dünyanın ən bahalı mənzili - FOTO
20.8.2014

Monakodakı "Tour Odeon" yaşayış kompleksində yerləşən çoxmərtəbəli penthaus satışa çıxarılıb.

Aralıq dənizinə gözəl mənzərinin açıldığı mənzil fantastik qiymətə - 381 milyon dollara satılır.
 
Bu isə penthausu avtomatik olaraq dünyanın ən bahalı mənzilinə çevirir.
 
İnşasına başlanmış "Tour Odeon"un tikintisi başa çatandan sonra bu bina yüksəkliyinə görə Aralıq dənizi sahilində ikinci bina olacaq.
 
49-mərtəbəli binadakı penthausda isə hovuz, su əyləncələri, konsyerj olacaq. Mənzili satın alacaq şəxsi yaşayış kompleksi şəxsi sürücü ilə də təmin edəcək.
 


Milli.Az