Azərbaycan daha bir məşhur sənətçini qəbul etməyə hazırlaşır.
Yay fəsli başladığı gündən etibarən xarici
müğənnilər paytaxta axın edir. Yeni fəsilə möhtəşəm hazırlıqlar görən
Heydər Əliyev sarayı sentyabr ayının 25-i qapılarını rusiyalı pop ifaçı
Dima Bilana açacaq.
İfaçı saat 20:00-da pərəstişkarlarının qarşısında çıxış edəcək. Bundan
öncə də bir neçə dəfə Azərbaycanda səhnə alan Dima yeni və sevilən
mahnılarını səsləndirəcək.
Qeyd edək ki, D. Bilan son zamanlar yeni sevgilis i ilə Rusiyanın gündəmini zəbt edib.

ANS PRESS