Səhər tezdən içilən qəhvə narahatlıq və stressi aradan qaldırır, düşünmə
qabiliyyətini gücləndirir, diqqəti artırır, əhvalı yaxşılaşdırır. Bir
fincan qəhvənin tərkibində su, protein, şəkər, alkoloidlər və kafein
var.
Hər alman ildə 160 litr, yəni orta hesabla 1000 fincan qəhvə içir. Qəhvə
sadəcə yaxşı dada malik deyil, yaratdığı təsirə görə də sevilən
içkidir.
Beyin gün ərzində adenozin maddəsini ifraz edərək sinir hüceyrələrindəki
reseptorları yatırır. Beləliklə də, beyin yorğunluq hiss edir. Kafein
isə adenozin maddəsinə müqavimət göstərir və reseptorları bloka alır.
Buna görə də uzun müddət oyaq qalmaq mümkün olur.
Qaynadılmış qəhvə ilə dibçəkdəki güllərin dibində olan soxulcanları məhv
etmək mümkündür. Kafein son dərəcə sürətlə təsir göstərən əsəb
iflisedici qazdır. Ona görə də zərərli böcəkləri 24 saat ərzində
çiçəklərdən uzaqlaşdırır.
Qəhvə qan təzyiqini, bədən temperaturunu normallaşdırır, ürəkdə qan
dövranını yaxşılaşdırır, bronxları genişləndirir və yağların yanma
sürətini artırır. Qan dövranını sürətləndirməsi səbəbindən əzələ
ağrılarını azaldır.
Qəhvədən sadəcə içki kimi deyil, gözəllik vasitəsi kimi də faydalanmaq
olar. Qəhvə üzə vurulduqda qan dövranını sürətləndirir və qırışların
yaranmasının qarşısını alır. Qəhvənin dəriyə çox müsbət təsiri var.
Məsələn, bahalı kremlər əvəzinə qəhvədən istifadə etmək mümkündür.
Tanınmış modellərin sirri qəhvədən sellülitə qarşı istifadə
etmələrindədir. Üst baldır nahiyəsinə masaj edilərək çəkilən qəhvə streç
materialla sarınır. Bu, dərini tarımlayır və təmizləyir.
Saçınızı qəhvə ilə yaxalasanız, vannadan sonra saçlarınız çox gur
görünüş alacaq. Saç kökləri güclənir və saçların uzanması sürətlənir.
Çayın təsiri isə onun dəmlənmə müddətinə bağlıdır. Çay yarpaqlarında da
tez sorulan kofein mövcuddur. Əgər çay sadəcə 2 dəqiqə dəmlənirsə,
tonuslayıcı təsir göstərir. 5 dəqiqədən daha artıq dəmlənən çay isə
sakitləşdirici təsir göstərə bilər.
Çayın faydalarına baxarkən onun dərman kimi təsir gücünə malik olduğunu görürük.
Çay, diş məcunu kimi çoxlu sayda floroitə malikdir. Çaydakı tanin
turşusu dişlərə qoruyucu təsir göstərir, onların üzərində qoruyucu bir
təbəqə yaradaraq diş daşının yaranmasının qarşısını alır.
Çay vanna qəbulu zamanı istifadə olunduqda iltihabəleyhinə və sakitləşdirici təsir göstərir.
Trend