19 avqust 2014-cü il Apple üçün tarixi gün olub. Şirkətin səhmləri iPhone 6 smartfonunun relizi fonunda rekord qiymətə imza atıb.
Hərrac gününün nəticəsinə görə Appleın səhmlərinin qiyməti 100,53 dollar təşkil edib ki, bu da bazar ertəsi ilə müqayisədə 1,4 faiz yüksəkdir. Səhmlərin hissələrə bölünməsini nəzərə alsaq, o zaman hərracın nəticəsinə görə onların dəyəri 703,71 dollar təşkil edərdi. Əvvəlki rekord 19 sentyabr 2012-ci il tarixində qeydə alınıb – o zaman iPhone 5 smartfonunun satışlarının başlanmasından iki gün əvvəl şirkətin səhmlərinin qiyməti 702,1 dollar olub.
21 sentyabr 2012-ci il tarixində Appleın səhmlərinin qiyməti ən yüksək həddə (705,72 dollar) çatıb.
Şirkətin bazar kapitallaşdırması 594 milyard dollaradək artıb ki, bu da 2014-cü ilin əvvəli üzrə göstəricidən 25 faiz azdır.
Milli.Az