"Economist Intelligence Unit" (EIU) analitik agentliyi yaşamaq üçün dünyanın ən yaxşı şəhərlərini müəyyən edib.
İllik qlobal sorğunun lideri dördüncü dəfədir ki, Melburn şəhəri olub. Şəhər 100 baldan 97,5 toplayıb. Səsvermə zamanı siyasi və iqtisadi stabillik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsilin səviyyəsi və infrastruktur kimi amillər nəzərə alınıb.
Onluğa daxil olan ölkələr bütün kateqoriyalar üzrə yüksək ballar alıb.
Reytinqdə ikinci yerdə 97,4 balla Vyana, ardınca 97,3 balla 10 il ərzində siyahıya liderlik edən Vankuver gəlir.
Qeyri-stabil siyasi vəziyyət Kiyev, Banqkok, Moskva, Sankt-Peterburq, Tripoli kimi şəhərlərin qiymətləndirilməsinə öz təsirini göstərib. Siyahının son pillələrində Dəkkə (Banqladeş), Port-Morsbi (Papua - Yeni Qvineya), Laqos (Nigeriya), Karaçi (Pakistan), Əlcəzair (Əlcəzair), Xarare (Zimbabve), Duala (Kamerun) və Abican (Fil Dişi Sahili) şəhərlər gəlir.
Yaşamaq üçün 10 ən yaxşı şəhər:
1. Melburn, Avstraliya.
2. Vyana, Avstriya.
3. Vankuver, Britaniya Kolumbiyası.
4. Toronto, Kanada.
5. Adelaida, Avstraliya.
6. Kalqari, Kanada, Albert əyaləti.
7. Sidney, Avstraliya.
8. Helsinki, Finlandiya.
9. Pert, Avstraliya.
10. Oklend, Yeni Zelandiya.
ANS PRESS