Azərbaycan ərazisində hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 30-35, Bakıda isə gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində də hava yağmursuz olacaq. Bəzi bölgələrdə havanın temperaturunun 39 dərəcə isti olacağı ehtimalı var.
APA