Üzən ev hazırlanıb - FOTO
25.8.2014

Çexiyanın “AtelierSAD” memarlıq şirkətinin mütəxəssisləri üzən evin layihəsini hazırlayıblar.

Ev çox asanlıqla demontaj edilən ayrı-ayrı hissələrdən (modullardan) ibarətdir. Odur ki, onu asanlıqla söküb istənilən yerdə quraşdırmaq mümkündür. Memarlar təbii materiallardan düzəldiləcək evə “PORT X” adı veriblər.

Nəinki suda, eləcə də quruda quraşdırıla bilən “PORT X” modulların ölçülərindən asılı olaraq böyüdülə bilər.

Layihə müəllifləri hesab edirlər ki, üzən evdən ofis kimi də istifadə etmək olar. Belə ki, şirkət böyüdükcə, onun ofisinin sahəsi də genişlənəcək.











ANS PRESS