Azərbaycanda ötən il 961 uşaq övladlığa götürülüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 1 yaşadək övladlığa götürülənlərin sayı 204 nəfər olub. 1-5 yaşda olan övladlığa götürülmüşlər isə 429 nəfər təşkil edib. 60 uşaqla bağlı övladlığa götürülmə qərarı isə ləğv olunub.
Bundan başqa, 1 yaşadək övladlığa götürülmüş 1 uşaq barəsində övladlığa götürülmə qərarı ləğv edilib. 1-5 yaşda olanlarla bağlı 6, 11-17 yaşda övladlığa götürülən uşaqlarla bağlı isə 46 qərar ləğv olunub.
APA