"Həmişə səni sevmişəm və qəlbimdə də daim sən olubsan. Tanrıma şükürlər olsun ki, səninlə evlənə bildim".
92 yaşlı Hovard Ettberi 62 il əvvəl tanış olduğu və eşqini etiraf etdiyi, indisə 82 yaşında olan Sintiya Riqqslə evlənib.
Onlar 1950-ci ildə, H.Ettberi geoloji araşdırmalarda olanda bir-birlərini görmüşdülər.
"Bu
qıza elə ilk baxışdan vuruldum. Bir qədər sonra eşqimi etiraf etdim.
Amma mənimlə evlənməyə razılaşmadı, sevgilisinin olduğunu dedi. 62 il
keçdi və arzuma çatdım", - Hovard Ettberi deyib.
Milli.Az
ABC-yə istinadən bildirir ki, ABŞ-ın San-Dieqo şəhərində yaşayan Hovard
Ettberi iki il əvvəl Sintiya Riqqsə məktub yollayıb və ona yenə
evlənməyi təklif edib.
2012-ci ilin fevralında Riqqsə
ünvanlanmış məktubda yazılmışdı: "Sizi ilk görüşümüzdən bəri sevirəm və o
sevgi hələ də ürəyimdədir. Sizə yenə də evlənməyi təklif edirəm.
Lütfən, "yox" deməyin".
Sintiya Riqqs razılaşıb.
Qoca sevgililər indi Hovard Ettberinin Martas-Vinyarddakı evində yaşayırlar.
"Ömrümüzün
sonuna çox qalmadığını bilirik. Uzaq gələcək barədə düşünmək, planlar
qurmaq da real deyil. Fəqət, gənc qadını narahat edən məsələlər məni
qayğılandırmadığı üçün yaşam fərqli, rahatdır", - Sintiya Riqqs deyib.





Milli.Az