Dənizkənarı parkda 53 nəzarət kamerası quraşdırılıb
26.8.2014

Milli Dənizkənarı parkın perimetri yüksək imkanlı videonəzarət kameraları (Full HD) ilə təchiz ediləcək.

Bu barədə Azərbaycanın telekommunikasiya bazarında olan mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hal-hazırda burada 53 kamera quraşdırılıb, bu kameralar parkın bütün ərazisini tamamilə əhatə edir. Avadanlığı çatdıran “Dahua” şirkətidir.

“Videoaxının keyfiyyətli ötürülməsi üçün 14 kilometr fiberoptik kabel çəkilib. Layihə üzrə işin başa çatdırılması cari ilin sentyabr ayının ortasına planlaşdırılıb”, - mənbə bildirib.

“Dahua” şirkəti mühafizə sistemləri və videonəzarət sistemləri sahəsində liderdir. Şirkət tərəfindən istehsal edilən məhsullar Avropa, ABŞ, Yaponiya, Tayvand və digər ölkələrdə bankların, energetik resursların əldə edilməsi ilə məşğul olan müəssisələrin və ictiami təhlükəsizliyin qorunması üçün geniş istifadə edilir.

Oxu.az