Qoç - Gün gözlədiyiniz qədər pis keçməyəcək. Çoxdankı səhvlərinizin nəticələrini aradan qaldırmalı, qəfildən yaranan problemlərin əsl səbəblərini axtarmalı olacaqsınız. Bu gün bu sahə üzrə analitikanın əleyhinə deyilsiniz, odur ki, tezliklə düzgün nəticəyə gələcəksiniz.
Yaxınlarınızla ünsiyyət üçün əla gündür. Hətta ən xoşagəlməz məsələləri heç kimi incidib-küsdürmədən həll edəcəksiniz. Yeni tanışlıqlar gözləməyin.
Buğa - Bu gün bir neçə çətin qərar verməli olacaqsınız. Düşünmək üçün isə vaxtınız çox azdır. Amma siz nə istədiyinizi bilirsiniz, kimsəyə də sizi idarə etməyə imkan verməyəcəksiniz, odur ki, səhv etmək ehtimalınız çox azdır. Sövdələşmələr bağlamaq və maliyyə məsələlərini həll etmək üçün münasib gündür.
Bir evdən başqa evə köçmək, yaxud səyahətə çıxmaq üçün hazırlana bilərsiniz: heç nəyi unutmayacaq, bütün detalları nəzərə alacaqsınız. Maraqlı dəvətlər ala bilərsiniz, ziyafətdə iştirak əhvalınızı qaldıracaq. Yatmazdan əvvəl açıq havada gəzintiyə çıxmaq məsləhətdir.
Əkizlər - Asan olmayacaq. Əvvəlcədən əldə etdiyiniz danışıqlar pozulur, işlə bağlı planlarınızı dərhal dəyişməli olursunuz. Qərarları tez verməlisiniz, bu isə səhv etmək riskini artırır, üstəlik, fikrinizi toplamağa sizə imkan vermirlər. Bir az təklikdə qalıb yaranan şəraiti fikirləşmək isə pis olmazdı.
Təəssüf ki, yaxınlarınız da sizi anlamırlar. Qarşılıqlı qıcıq artır, iradların sayı çoxalır. İstənilən halda, çalışın, mübahisə yaratmayasınız.
Xərçəng - Həftənin ən çətin günlərindən biridir. Rəhbərliklə münasibətləriniz korlanır. Öz düşündüklərinizi tez-tez, özü də hündürdən dilinizə gətirir və xeyli sayda düşmən qazanırsınız. Uzun müddət məhsuldar əməkdaşlıq etdiyiniz insanlarla aranızda fikir ayrılığı yarana bilər. Bəzi Xərçənglər öz iş əhatələrini kökündən dəyişmək fikrinə düşəcəklər.
Solğun iş həyatını isə rəngarəng şəxsi münasibətlər kompensasiya edir: burada hər şey qaydasındadır. Gözləmədiyiniz halda hədiyyə ala bilərsiniz, qarşı cinsin nümayəndələri sizi diqqətsiz qoymayacaqlar.
Şir - Böyükmiqyaslı və uzunmüddətli işlərə başlamaq məsləhət deyil. İrəliləmək üçün qarşınıza həddən çox maneə çıxır. Nəticədə, başqa vaxt çox uğurla yerinə yetirə biləcəyiniz planlarınızı unudursunuz. Cari, rutin işlərlə başınızı qatın. Xırda alış-verişə də çıxa bilərsiniz.
Emosional fon sabitdir. Günün çox hissəsini yaxşı əhval-ruhiyyədə keçirəcəksiniz. Axşam başqa şəhərlərdə yaşayan uzaq qohumlarınız və ya dostlarınızdan xoş xəbərlər ala bilərsiniz.
Qız - Gələcək üçün planlar qura, uzunmüddətli layihələr üzərində işə başlaya bilərsiniz. Danışıqlarda lazımi nəticələr əldə edə bilərsiniz. Sənədlərin hazırlanması, dövlət idarələrindəki işləri həll etmək üçün münasib gündür.
Ailə üzvləri ilə ünsiyyət sizi sevindirəcək. Köhnə dostlarınız sizi yada salacaqlar. Qeyri-formal şəraitdə ünsiyyət üçün əla gündür. Çoxdan xoşunuza gələn bir insanı kafeyə, restorana dəvət edə, yaxud onun belə bir təklifinə razılıqla cavab verə bilərsiniz.
Tərəzi - Mürəkkəb gündür. Bu günlərdə baş vermiş xoşagəlməz hadisələr dərinləşir, həyəcanlanmaq üçün yeni səbəblər yaranır. Maliyyə vəziyyətiniz yaxşı deyil, qənaət etmək lazım gəlir. Həmkarlarınızla fikir ayrılığınız olacaq, azlıqda qalıb özünüzü narahat hiss edəcək, amma yenə də fikrinizdən dönməyəcəksiniz.
Yaxınlarınızla münasibətləriniz də asan deyil. Mübahisələrdən qaçmağa çalışsanız da, zəhmətiniz hədər gedir: sizdən başqa heç kim güzəştə getmək niyyətində deyil.
Əqrəb - Neytral gündür. Xüsusi heç nə baş vermir, bu da yaman xoşunuza gəlir. İşgüzar aktivliyinizlə öyünə bilməzsiniz, amma sizdən əmək qəhrəmanlığı heç tələb olunmur da. Rutin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Uzun müddət sizi məşğul edən bir işdən soyuyacaqsınız. Narahat olmayın, bu ötüb-keçəcək, tezliklə əvvəlki entuziazmınızı özünüzə qaytaracaqsınız.
Yaxınlarınızla xırda anlaşılmazlıqlar yaranır. Küskünlüyü ürəyinizə salmayın, bacardıqca zarafata çevirin. Yumor hissi bu gün dəfələrlə köməyinizə gələcək.
Oxatan - Maraqlı bir gün sizi gözləyir. Gözlədiyinizə rəğmən, hər şey yaxşıdır. Əsas odur ki, özünüzü itirməyəsiniz, yaranan imkanlardan maksimum yararlana biləsiniz. Enerjiniz çoxdur, onu layiqincə sərf etməyə çalışın.
İntuisiyanıza güvənə bilərsiniz. Hətta daxili səsiniz sizə dəlisov nəsə deyirsə, onu nəzərə alın. Bu gün plan qurmur və şəraitə görə hərəkət etməyə çalışırsınız. Afərin, məhz bu taktika birbaşa qələbəyə aparır. Romantik münasibətlərə başlamaq üçün əla gündür.
Oğlaq - Sərfəli sövdələşmələr imzalaya, az pula dəyərli əşya ala bilərsiniz. Maraqlı iş təklifləri olacaq. Amma onlara «hə» cavabı verməkdə tələsməyin: bundan da yaxşı şərtlərə nail ola bilərsiniz.
Yaxşı tanıdığınız insanlarla ünsiyyət üçün əla gündür: yeni tanışlarla dil tapmaq asan deyil. Yaşlı qohumlarınızla mübahisələr mümkündür, amma bunun böyüməsinə imkan verməyəcəksiniz.
Dolça - Çox uğurlu gündür. Ulduzlar sizə hər bir işdə kömək olacaqlar. Nüfuzlu insanların dəstəyinə, yeni tərəfdaşlar qazanmağa ümid edə bilərsiniz. Çətin bir vəziyyətə düşən kimi, kimsə həmən köməyinizə çatacaq. Pul ala bilərsiniz. Onun məbləği gözlədiyinizdən çox ola bilər.
Həm yeni, həm köhnə tanışlarınız sizi sevindirəcəklər. Romantik görüş üçün əla gündür. Aşiq Dolçalar öz sevgililərilə gözəl vaxt keçirəcəklər.
Balıqlar - Vurnuxmayın, ən böyük düşməniniz bu gün tələskənlikdir. Bu üzdən böyük səhvlər buraxa bilərsiniz. Mümkün olan hər şeyi dəfələrlə yoxlayın. Böyük məbləğdə pulla iş görməyin, başqasının pullarına isə qəti əl vurmayın, iri alış-verişdən çəkinin.
Günün ortasında qohumlarınızla dil tapmaq asan olmayacaq. Bu dövr ailə məsələlərinin müzakirəsi üçün heç də münasib deyil. Yaxşı olar ki, belə məsələləri ya səhər tezdən, ya da axşam həll edəsiniz. Şəxsi münasibətləriniz könlünüzü açmır, çox qısqancsınız bu gün.
Milli.Az