75 yaşlı Nabran sakini şüşələrdən ev tikdi – VİDEO
27.8.2014

Azərbaycanın Nabran qəsəbəsində 75 yaşlı sakin şüşə butılkalardan ev tikib, bu evdə arzu edən hər kəs yaşaya bilər.

Bu barədə “MİR-24” telekanalında bildiriblər.

Hər şey adi evdə olduğu kimidir – qapı, pəncərə, divarlar, dam. Sadəcə kərpiç yerinə - şüşə butılkalardır. Tikintiyə Balaəhməd Xanbabayev yarım il, amma tikinti materialının axtarışına isə beş il vaxt sərf edib. Kişi kisələrlə şüşə alırdı, tikinti materialını küçədə yığırdı və nəticədə üçotaqlı ev tikib.

“İxtisasca inşaatçıyam və çoxdandır ki, ev tikmək istəyirdim. Şüşələrdən ev mənə beş dəfə ucuz başa gəldi”, - Xaçmaz rayon sakini Balaəhməd Xanbabayev bildirib.
Giriş və üç yataq otağınının tikilməsinə 60 min şüşə sərf edilib. Sahib iddia edir ki, bel evdə elektrik enerjisinə qənaət etmək mümkündür. Təbii ki, işıq yetərincədir.

“Şüşələr elə düzülüb ki, evdə işıq çoxdur. Bir sırada fərqli butılka yoxdur, hər şey çox səliqəli edilib”, - ev sahibi qeyd edir.

Balaəhməd Xanbabyev üçün şüşə ev sadəcə ambisiya layihəsi deyil, eləcə də qazanc mənbəyi oldu. Turistlər şüşə otaqlarda yaşamaq üçün növbəyə dururlar. Məsələn, Mustafa Gültəkin şüşə evdə artıq ikinci həftədir ki, yaşayır, o Azərbaycana Türkiyədən gəlib. Yaşayış üçün gündəlik 50 dollar pul ödəyir.
“Bura çox rahatdır, hətta kondisionerə belə ehtiyac yoxdur. Mətbəx, vanna otağı, ümumiyyətlə yaşayış üçün hər şey var”, - turist qedy edib.

Balaəhməd qeyd edir ki, layihə özünü doğruldub. Usta artıq yeni tikinti materialının axtarışına başlayıb – gələn yay üçün ikinci şüşə otelini tikməyi planlayır.

VİDEO

Oxu.az