Oktyabrın 6-7-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin
təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
dəstəyi ilə müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaranmasının
110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçiriləcəkdir.
Milli Azərbaycan Tarixi Muzeyindən bildirilmişdir ki, tədbirin məqsədi
Azərbaycanda qadınların təhsili tarixini, təhsildə Şərq və Qərb
təcrübəsini, mesenatlıq və xeyriyyəçiliyi diqqətə çatdırmaq,
ictimai-siyasi və mədəni həyatda qadınların rolunu, tarix və müasirliyi
təbliğ etməkdir. Ümumi kontekstdə tədbir Azərbaycan qadınlarının təhsili
tarixinə həsr olunacaqdır.
Beynəlxalq elmi simpoziumda MDB, Türkiyə və digər dövlətlərin müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.