Pis qoxu verən sərnişin təyyarədən endirildi
28.8.2014

“American Airlines” şirkətinə məxsus təyyarədə qəribə insident yaşanıb.

Paris-Dallas reysinin sərnişinləri pis qoxu gələn yol yoldaşlarından biri ilə eyni təyyarədə uçmaqdan imtina ediblər.

Təyyarənin heyət üzvləri parisli sərnişindən göyərtəni tərk etməyi xahiş etdikdə isə, kişi ona qarşı ayrı-seçkilik olunması ilə bağlı aviaşirkətə şikayət edib. Lakin şirkətdən bildirilib ki, insidentə fransalının Amerika vizasının olmaması səbəb olub.

Sərnişinlər kişidən təyyarəni tərk etməyini xahiş etsələr də, o, bundan imtina edib. Belə olduqda isə stüardessa polis çağırıb. Lakin polis sərnişinin digərləri üçün heç bir təhlükə yaratmadığını və polisin ondan təyyarəni tərk etməsini xahiş üçün heç bir səbəb olmadığını bildirib.

Heyət üzvlərinin uzun-uzadı dilə tutmasından sonra sərnişini təyyarənin pilləkənlərindən endirmək mümkün olub.

Zərərçəkən sonradan bildirib ki, onun vizası lazımi qaydada olub. Bundan əlavə, uçuşdan əvvəl o, Duty Free-də ətirlənib, bu səbəbdən də pis qoxu söhbəti onun Amerikaya buraxılmaması üçün bəhanə olub.

Gün.Az