Avrstriyalı
məktəbli Matteo Valçın alp dağ siçanları ilə qeyri-adi dostluğu 2008-ci
ildə başlayıb. Həmin vaxt 4 yaşlı körpə ilk dəfə valideynləri ilə birgə
Avstriyanın “Hündür Tauern” milli parkına istirahətə getmişdir.
Dağ siçanları adətən ehtiyatlı olurlar, və insan görən kimi qaçıb gizlənirlər. Matteo isə istisna oldu. Bir qrup gəmirici balaca məktəbli ilə dost olub ona inandılar.
Alp dağ siçanları kifayət qədər iri heyvandırlar. Onların uzunluğu təxminən 50 sm, çəkiləri isə qışda 8 kq, yazda isə 3 kq təşkil edir.
Uşağın anası Mikaela riyaziyyat müəlliməsi və həvəskar fotoqrafdır. Onun sözlərinə görə, ilk görüşdə 4 alp dağ siçanı heç bir qorxu olmadan Matteoya yaxınlaşaraq onun üstünə tullandılar, və sanki köhnə dostlar kimi sevinməyə başladılar. Matteo da qorxmadı, o da onlar ilə birlikdə sevinməyə başladı.
Matteo özü onlarla heç vaxt görüş axtarmır. Ona sadəcə “Tauern” parkının geniş alp çəmənliklərinə çıxmaq kifayətdir, və bir neçə dəqiqədən sonra gəmiricilər özləri onun ayağına yığışırlar.
Mikaela Valçanın sözlərinə görə, o bu heyvanları sevir, və onların hər-biri ilə özünü necə aparmaq lazım olduğunu bilir. Alp gəmiriciləri öz növbəsində uşağın onlara heç-bir zərər vurmayacaqlarını bilirlər, və ona ən isti münasibət ilə cavab verirlər.
Oxu.az