Ərəb ölkəsində makiyaj etmək qadağan olundu
28.8.2014

Birləşmiş Ərəb Əmirliklərində qadınlara sükan arxasında makiyaj etmək və saçını səliqəyə salmaq qadağan edilib.

“Komsomolskaya Pravda”ya istinadən verilən xəbərə görə, yerli məmurlar hesab edirlər ki, sükan arxasında bu hərəkətlər son dərəcə təhlükəlidir.

Qadağaların qeyd olunduğu broşürlər artıq sürücü qadınlar arasında yayılmaqdadır. Burada “make up”ın yolda yersiz olduğu izah edilir. Bu hətta telefonla danışmaqdan da təhlükəlidir.

Qanunu pozanları 272 dollar cərimə və bir ay müddətinə sürücülük hüququndan məhrumetmə cəzası gözləyir.

Gün.Az