Ancelina Coli və Bred Pitt evləndilər
29.8.2014

Avqustun 23-də Fransanın cənubunda yerləşən Mirval qəsrində amerikalı aktyorlar Ancelina Coli və Bred Pitin toyu baş tutub.

Bu barədə Associated Press-ə cütlüyün nümayəndəsi bildirib.

Mərasimdə yalnız ailə üzvləri və yaxın dostlar iştirak ediblər. Bir gün əvvəl isə aktyorlar amerikalı hakimdən nikaha girmək barədə razılıq alıblar.

Qeyd edək ki, aktyorlar arasında münasibət “Misis və Mister Smit” filminin çəkilişlərindən sonra başlayıb. 10 il ərzində cütlük 6 övlada sahib olub ki, onların üçü övladlığa götürülmədir.

Gün.Az