“Xalq Bank”ın plastik kart sahibləri dünyanın ən məşhur lüks avtomobil brendi “Ferrari”nin geyim və aksessuarlar satılan xüsusi mağazası “Ferrari Store Baku”da endirimlərdən faydalana bilər.
Bankdan bildiriblər ki, aksiyanın şərtlərinə görə bankın plastik kart müştəriləri “Ferrari Store Baku”da etdiyi alışların dəyərini “Xalq Bank”ın kartları ilə ödədikdə 10 faiz endirim əldə edəcəklər. “Ferrari Store Baku” Ü.Hacıbəyov 57 ünvanda yerləşir.
Plastik kartları bankın istənilən filialında əldə etmək olar.
AzərTAc