Rəssam çimərlikdə 30 qızıl külçə basdırdı – FOTO
1.9.2014

Alman rəssamı Mixael Sailştorfer Britaniyanın Folkston şəhərinin çimərliyində ümumi dəyəri 16 min olan, 30 qızıl külçə basdıraraq onları tapmağı təklif edib.

Xəzinə axtarışı Folkstonda avqust ayının 30-dan noyabr ayının 2-nə kimi keçiriləcək müasir incəsənətin trennialında art-hadisələrdən biri olacaq.

Arzu edən hər kəs su çəkildikdən sonra xəzinə axtarışında iştirak edə bilər. Sadəcə çətinlik ondadır ki, suçəkilən zaman xəzinə axtaranların qoyduqları izlər itəcək və su yenidən çəkiləndə hər şeyi sıfırdan başlamaq lazım olacaq. Triennalın təşkilatçıları qeyd ediblər ki, külçələr müxtəlif ölçülüdürlər və onlar kinolarda göstərilənlərdən seçilir. Bununla yanaşı onların qiyməti 200 dollardan 1000 dollara qədərdir.

“Əslində isə müvəqqəti layihə uzun müddətli layihə kimi yadda qalan ola bilər”, - Bristol-Based Arts təşkilatının direktoru Kler Doerti, layihənin sifarişçisi kimi çıxış edərkən bəyan edib. O, qeyd edib ki, sənətşünas üçün əsasən art-işə ictimaiyyətin reaksiyası maraq kəsb edir. “Olanlar olsun. Bəlkə də heç kim heç nə axtarmayacaq”, - Doerti əlavə edib.

Folkston festivalı 2002-ci ildə təsis edilib və “Böyük Britaniyada təqdim edilmiş layihələrin ən ambisiyalı bədii dövlət layihəsidir”. Bu layihə üç ildə bir dəfə keçirilir, özəlliyi isə iştirakçılara, şəhəri kətan kimi istifadə edərək ictimai yerlərdə dünya problelərini əks etdirmək üçün hüququn verilməsidir. Müxtəlif zamanlarda triennalda rəssamlar Korneli Parker, Ceremi Deller və Treysi Emin iştiraklar edib.


Oxu.az