Florida Politexnik Universitetində tələbələr üçün yeni kitabxana istifadəyə verilib.
Layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib.
Yeni kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır.
Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşetlərindən, noutbukdan elektron kitaba çıxış əldə edə bilərlər. Zərurət olduqda kitabxanada quraşdırılmış printerlərin köməyi ilə lazımi materialları çap etmək mümkündür.
AzərTAc