Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun alimləri Yaponiyanın Niqata şəhərində ezamiyyətdədirlər.
Fizika İnstitutundan bildiriblər ki, bu elm müəssisəsinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları Hüseyn Orucov, Oqtay Qasımov, Ayaz Bayramov və digər alimlər “Toki Messe” Konqres Mərkəzində təşkil olunan “Üç və çoxtərkibli birləşmələr” adlı XIX Beynəlxalq konfransda iştirak edirlər.
N. Məmmədov konfransa komitə üzvü kimi qatılıb və beynəlxalq tədbirdə məruzə ilə çıxış edəcək.
Konfransda, həmçinin digər iştirakçı Azərbaycan alimlərinin də müxtəlif mövzularda məruzələrlə çıxışları və elmi işlərinin təqdimatları nəzərdə tutulur.
AzərTAc