Bakıda moda gecəsi keçiriləcək
1.9.2014

13 sentyabrda “Excelsior Hotel Baku” otelində açıq hovuzun ətrafında “Bakı moda gecəsi-2014” keçiriləcək.

Tədbirdə modelyer Zümrüd Mirzəliyevanın “Ziyafət geyimləri Pred-a-Porte”, Hökümə Hacıyevanın “Payız-qış-2014” kolleksiyası, Günel Behbudovanın “Çimərlik geyimləri” və Ukrayna dizayneri Svetlana Dmitriyenkanın “Kruiz-2014” kolleksiyaları nümayiş olunacaq.

Fasilə zamanı Diana Hacıyeva mahnılar ifa edəcək.

Moda gecəsinə biletlərin qiyməti 10, 20 və 30 AZN təşkil edir.

gun.az