Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə
hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını
açıqlayıb.
Ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək. Həmin imtahana yazılmaq
istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon
nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı
əldə edə bilərlər.
Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik
kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə
əldə edə bilər.