İtaliyanın “Giancarlo Zema Design Group” kompaniyasının layihəsi ilə hazırlanan innovativ otel layihəsi memarlıq incilərindən sayılır.
Qətərdə inşası nəzərdə tutulan və “Amphibious” adlanan
otelin yarısı suyun altında qalacaq. Onun yerin üstündə olan hissəsində yaşayış kompleksi və ofislər, eləcə də yaxtalar üçün dayanacaq planlaşdırılır. Burada həmçinin şəhərə və dənizə gözəl mənzərəsi olan restoran da tikiləcək.
Layihəyə görə, otelin sualtı hissəsi daha maraqlı və rəngarəng olacaq. Dəniz həyatına həsr olunacaq muzey, iri akvariumlar, sualtı şüşə tunellər turistlərə xoş təəssüratlar bəxş edəcək.
Azərtac