Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə
Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də,
I ixtisas qrupu üzrə iyulun 8-də,
IV ixtisas qrupu üzrə iyulun 14-də,
II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
M. Abbaszadə bildirib ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan
mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə
başlanacaq. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən
ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.