Azərbaycan sentyabrın 3-dən 7-dək Moskvada keçiriləcək XXVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, milli stendə “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.
Sərgi çərçivəsində X Beynəlxalq Kitab Sənəti müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırılması mərasimi keçiriləcək.
Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar iştirak edir.
APA