Martın 25-də Azərbaycan yay vaxtına keçir
16.3.2012

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ilə hər il mart ayının son bazar günü Azərbaycan ərazisində yay vaxtına keçilir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar 2012-ci ildə yay vaxtına keçilməsi mart ayının 25-də saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə həyata keçiriləcəkdir.