Tanınmış aktyorlar Bred Pitt və Ancelina Colinin toyundan ilk fotolar yayılıb.
Avqustun 23-də Fransadakı "Chateau Miraval" qəsrində toyları olan məşhur cütlük şəkillərinin eksklüzivini populyar "HELLO!" və "People" jurnallarına verib. Onların toy mərasimindən çəkilən fotolar bu dərgilərin üz qabıqlarını bəzəyib.
Ancelina Colinin əyninə geyindiyi bəyaz gəlinliyini "Atelier Versace" brendinin dizayneri Luici Massi tikib.
"Luici ailəmizin bir üzvüdür və belə bir özəl gündə gəlinliyimi başqasına etibar edə bilməzdim" - deyə, Coli bildirib.
Gəlinin fatası üzərində isə övladları Meddoks, Peks, Zahara, Şaylo, Vivyen və Noks çalışıblar.
Yeni evlənənlər etiraf ediblər ki, mərasimin təşkilinə elə də ciddi yanaşmayıblar.
“Bizim üçün vacib idi ki, bu gün gülüşlə dolu olan rahat gün olsun. Bu bizim uşaqlar və qohumlarla bölüşmək istədiyimiz xüsusi bir gün idi”.
Gün.Az