“Nar Mobile” xaricə səyahət edən abonentlər üçün səmərəli eksklüziv xidmət təqdim edib
2.9.2014

“Nar Mobile” mobil operatoru xaricə səyahət edən abonentlər üçün səmərəli eksklüziv xidmət – “Rouminq mükafat” proqramını təqdim edib.
Şirkətdən bildirilib ki, proqrama əsasən, xaricə səyahət edən abonentlər istifadə etdikləri rouminq xidmətinə görə mobil operator tərəfindən uçuş xalları qazanacaqlar. Rouminq xidmətindən daha çox istifadə edənlər topladıqları xallar hesabına üstünlüklər əldə edəcəklər. Onlar “Nar Mobile”ın tərəfdaşı olan havayolu şirkətləri və otellər şəbəkəsi tərəfindən pulsuz aviabilet və ya otellə təmin olunacaqlar.
Səyahətdə olarkən istifadə etdikləri rouminq xidmətinin hər dəqiqəsinə görə əlavə xal qazanmaq istəyənlər “Rouminq mükafat” proqramına pulsuz qoşula bilərlər. Mütəmadi səyahət edən və rouminq xidmətindən daha çox yararlanan abonentlər topladıqları səyahət milləri və xallar hesabına AZAL, “Turkish Airlines”, “Air France”, “Qatar Airways” və “Ukraine İnternational Airlines” kimi havayolu şirkətlərindən hədiyyə olaraq aviabiletlər qazanmaq, “Hilton” və “Marriott” kimi beynəlxalq şəbəkəyə aid olan otellərdə ödənişsiz qalmaq imkanı əldə edəcəklər.

AzərTAc