Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda “Sözsüz”ü təqdim edəcək
2.9.2014

Sentyabrın 12-dən 20-dək Belarus Respublikasının Brest şəhərində XVIII “Belaya Veja” (Ağ qala) Beynəlxalq teatr festivalı keçiriləcək. Festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv festivalda S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşanın əsas qəhrəmanı Əməkdar Artist Şövqi Hüseynovdur.

© AzərTAc