“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu ilin yanvar-iyul ayları ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim edən 116 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 10 779 ailə yaşayır.
gun.az