Qoç - yaxa qurtarmaq istədiyiniz yorucu, cansıxıcı
işlər bu günün əksər hissəsini təşkil edəcək. Bu işlərə ilk əvvəl ciddi
yanaşsanız da, bir qədər sonra diqqətsiz ola bilərsiniz. Belədə
səhvləri sıralamayın.
Günün ikinci yarısında darıxmayın. Düşünülməmiş, tələsik addımlar atmayın.
Səhhətinizdə
problemlər yarana bilər. Əhvalınız korlana bilər. Qıcıqlı, sinirli
olmayın. Yaxın ətrafınızdakı insanlardan qayğı, diqqət, tərif
gözləməyin. Sevdiyiniz insan sizi sevindirəcək.
Buğa -
pis gün deyil. Planlarınızdan imtina etməyin. Seçdiyiniz istiqamətdə
hərəkət edin. Yaxın ətrafınızdakı insanlar sizə istiqamət dəyişdirməyi
təkidlə məsləhət bilsələr də, fikrinizi dəyişdirməyin. İşlərdə uğurlar o
qədər böyük deyil. İstirahət və ya əyləncəni unudun.
Günün ikinci yarısında aktiv çalışın. Alış-verişdə orijinal, ekstravaqant əşyalara üstünlük verin.
Fikirlərinizi
bölüşməyən insanlarla da dil tapmağa çalışın. Planlarınızı təqdir
etməyən şəxsləri anlamayan insanları anlayın. Mühüm planları müzakirə
etmək olar. Şəxsi münasibətlərdə irəliləyiş ola bilər.
Əkizlər
- gün uğursuz başlayacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Saatlar keçdikcə vəziyyət yaxşılaşacaq. Durum daha maraqlı olacaq. Yaxın
ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Kimisə yetərincə
dəyərləndirməməyiniz, yanlış mühakimə yürütməyiniz istisna deyil. Sizə
olan münasibəti dəyişə bilərsiniz.
Günün ikinci yarısında
yeniliklər və cəsarətli eksperimentlərdən çəkinməyin. Təhlil ilə yanaşı,
qətiyyətli addımlar üçün əlverişli zamandır. Dəyişikliklərə hazır olun.
Sevdiyiniz insanla mükalimə fikir ayrılıqları, kiçik və xoşagəlməz
məqamlara son qoya bilər.
Xərçəng
- əlverişli gündür. Müsbət təmayüllərin təsiri artacaq. Peşəkar
fəaliyyət müstəvisində süstlük etməyin, ətalətli davranmayın.
Maraqlandığınız işlərlə məşğul olun. Gəlirlər olacaq. Alış-veriş və
sərmayə üçün münasib zamandır.
Günün ikinci yarısında işgüzar
intuisiyanız iti olsun. Hansısa layihəni rellaşdırmağa başlayırsınızsa,
qətiyyətli qərarlar qəbul edin.
Axşam saatları şəxsi münasibətlərdə yeniliklər olacaq. Yeni tanışlıqlar evdən uzaqda baş tutacaq.
Şir
- bütün çətinlikləri sürətlə dəf etmək mümkün deyil. Nikbin olun,
pərişanlığa qapılmayın. Yeniliklərə az qalıb. Diqqətiniz xırda
məsələlərə yayınmasın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan
yoldan sapdırsın.
Ötən həftə yaranmış problemlər yenidən
gündəmdədir. Köhnə səhvlərin hesabını indi ödəməli olacaqsınız. Ən çətin
dövr arxada qalıb. Sakitləşin. Təmkinli olsanız, bütün problemlərin
öhdəsindən gələ biləcəyinizi anlayacaqsınız.
Günün ikinci yarısında sizi xoş xəbərlər gözləyir.
Axşam saatlarında normal istirahət edin.
Qız
- səfərlər və ya səyahətlər üçün əlverişli zamandır. Yaşam arealını
dəyişin, dünyagörüşünüzü və ünsiyyət çevrənizi genişləndirin. İlk
baxışdan faydalı olmayan, amma maraqlı məlumatlar nə qədər çox olarsa,
işlərdə irəliləyişlər bir o qədər ciddi olacaq.
Zərərli vərdişlərdən əl çəkmək üçün münasib vaxtdır.
Günün ikinci yarısında tələsik addım atmayın. Müsbət dəyişikliklərə az qalıb.
Emosiyalar
tarıma çəkilsə də, yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli
və həssas olun. Paradoksdur: öz hisslərinizi anlamaq başqalarının
niyyətlərini dərk etməkdən daha çətindir. Mürəkkəb problemi həll edin.
İntellektual potensialınız yüksəkdir.
Tərəzi
- çoxdan bəri həll etməyə çalışdığınız problemi yenə də çözə
bilməyəcəksiniz. Yeni aldığınız informasiya yanlış yolda olduğunuzu
göstərəcək. Uğura ümidləriniz tükənməsin. Gözləmədiyiniz, ağlınıza
gətirmədiyiniz yardımı alacaqsınız.
Günün ikinci yarısında
çətin məsələləri asanlıqla çözəcəksiniz. Yaşamda dəyişikliklər etməyin
yolunu, ən başlıcası isə vasitəsini tapın.
Əqrəb
- sakit, rəvan gündür. Ötən həftə başladığınız önəmli işi başa vurun.
Müstəqil çalışırdınızsa, indi kömək ala bilərsiniz. Rəğbət
bəsləmədiyiniz insana üz tutmaq zərurəti yarana bilər.
Emosiyaları bir kənarda qoyun. Pul və iş məsələlərində düşünülməmiş qərarlar verməyin.
Günün
ikinci yarısında soyuqqanlı və təmkinli olun. İstənilən situasiyada
prosesi sakitliklə, aramla dəyərləndirin. Yaxınlarınız problemlərinizi
sizinlə bölüşəcəklər. Onların məsləhətlərinizə ehtiyacı var.
Oxatan
- maraqlı ideyalar zamanıdır. Həmin ideyaların bəzilərini ən yaxın
vaxtlarda reallaşdıra bilərsiniz. Situasiyanı təhlil edin. Ən kiçik
detalları, ilk baxışdan mənasız təfərrüatları nəzərə alın. İşlə bağlı
ciddi məsələləri müzakirə edə bilərsiniz.
Sizdən fərqli düşünən insanları günün ikinci yarısında müttəfiqlərinizə döndərə bilərsiniz.
Fiziki işlə məşğul olun. Özünüzü güclü və enerjili hiss edəcəksiniz. Alış-veriş etmək, bahalı nəsnələr almaq olar.
Oğlaq
- günün ilk yarısında cəsarətli planlarınızdan birini reallaşdıra
bilərsiniz. Müttəfiq və ya tərəfdaş axtarışlarına vaxt sərf etməyin.
Müstəqil fəaliyyət göstərin. Belədə uğura nail olmaq şansları daha
çoxdur.
Günün ikinci yarısında isə tam əksinə, müstəqil
fəaliyyət üçün əlverişli zamandır. Əməkdaşlıq şərtlərini müzakirə edin.
İşgüzar danışıqlar və görüşlərə yetərincə vaxt ayırın.
Axşam saatlarını tənhalıqda keçirsəniz, bədbinliyə qapıla bilərsiniz.
Yaxşı xəbərlər alacaqsınız. Maraqlı görüş və qeyri-adi tanışlıq ola bilər. Romantik sürprizlər, qəfil etiraflar istisna deyil.
Dolça
- işdə münaqişələrə qarışmamaq, ixtilafların səbəbkarı olmamaq üçün
maksimum səy göstərin. Problemlər həll olunmazsa onların uzunmüddətli,
xoşagəlməz fəsadları ola bilər. Güclü və nüfuzlu rəqiblərlə mübarizəyə
başlamayın.
Sizə aşkar antipatiya bəsləyən insanla günün ikinci yarısında mübahisə etməyin.
Sevdiyiniz insanla mümkün qədər çox vaxt keçirin. Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar -
mühüm saydığınız işlərdə tərəqqiyə, inkişafa nail olun. Aldığınız
informasiya məqsədə çatmaqda yardımçınız olacaq. Ciddi problemin
həllində sizə yardımçı olacaq insanla qarşılaşa bilərsiniz. Maliyyə fonu
pis deyil.
Günün ikinci yarısında gəlirlər istisna deyil.
Şəxsi münasibətlərdə gərginlik yaranacaq. Ümumi xərclər və gələcəklə
bağlı planlarla bağlı məsələlər münaqişə yarada bilər. Çevik, qıvraq
olun. Hamını təmin edə biləcək həlli tapmaq olar. Bunun üçün məhz siz
səy göstərməlisiniz.
Milli.Az