Bu ilin payızında Bakıda türkdilli ölkələrin jurnalistlərinin forumu
keçiriləcəkdir. Forum Azərbaycanın təşkilatçılığı ilə baş tutacaqdır. Bu
barədə məlumatı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov
vermişdir. Artıq forumun vaxtının dəqiqləşdiyini deyən şura sədri
tədbirin oktyabrın sonunda keçiriləcəyini bildirmişdir. Forum Mətbuat
Şurasının təşəbbüsü ilə keçiriləcəkdir. Bakı görüşünün bütün türkdilli
ölkələrin jurnalistlərini əhatə edəcəyini vurğulayan Ə.Amaşov, tədbir
çərçivəsində Türkiyədən 20 media nümayəndəsinin Azərbaycana gələcəyini
bildirmişdir. O, qeyd etmişdir ki, hazırda forumla bağlı müzakirələr
davam edir.