Azərbaycanın «Eurovision-2012» mahnı müsabiqəsindəki mahnısının klipi təqdim olunub - VİDEO
19.3.2012

Azərbaycanın «Eurovision-2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub.
Klip İctimai Televiziya və Radio Yayımları Şirkətinin «Yeni gün» kanalında nümayiş etdirilib. Klip mahnının tempinə və məzmununa uyğundur.

Mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnı sevgi fəlakəti və onun dərin ağır tәəssüratlarından bəhs edir.

"When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.