Azərbaycanda yeni yol - FOTO
3.9.2014

Çuxuryurd-Piribəyli avtomobil yolunda təmir işlərinin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, təmir işləri uzunluğu 13 km. yolun 4-cü texniki dərəcəli hissəsində aparılır.

“Yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib. Su ötürücü borular yenisilə əvəz olunub. Demək olar ki, asfalt-beton örtüyünün döşənməsi başa çatmaq üzrədir. Sentyabr-oktyabr ayları ərzində işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə Pünhan Mürsəliyev bildirib.

ANS PRESS