Topaz Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub.
Braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib. “Simurq” İlə qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub.
Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku, avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. “Neftçi”nin hazırki heyətində bu göstəricidə 1-ci olan braziliyalı bu qarşılaşmalarda 36 dəfə fərqlənib.
AzərTAc