Azərbaycana gələn turistlərin sayı açıqlandı
4.9.2014

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun "Açıq qapı" tədbirində ölkəmizə daxil olan turistlərin statistikası açıqlanıb.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Büronun ilk dəfə keçirdiyi tədbir nazir Əbülfəs Qarayevin sədrliyi ilə baş tutub.

Mədəniyyət və turizm naziri Konqreslər Bürosunun Azərbaycanda turizmin inkişafına böyük təkan verdiyini söyləyərkən maraqlı rəqəmlər açıqlayıb:

"Yarım il ərzində Azərbaycana iki milyon 500 min xarici vətəndaş daxil olub. Onlardan 35%-i, yəni 700 mindən çox insan işgüzar səfərdə olub."

ANSPRESS