Türkiyədən son saniyə qolu ilə əzmkar qələbə - Video
4.9.2014

Türkiyə milli komandası səfərdə qalib gəlib.

Milli komandaların yoldaşlıq görüşləri çərçivəsində Türkiyə səfərdə Danimarka ilə qarşılaşıb.

İlk hissədə penalti qolu ilə hesabda geri düşən Türkiyə ikinci hissədə özünə gəlib. Əvvəlcəyə Olcay Şahanla hesabı bərabərləşdirən ay-ulduzlular, matçın son saniyələrində isə Ozan Tufanın uzaqdan möhtəşəm zərbəsi ilə hesabda önə çıxıblar.

Matç tamamlananda isə Türkiyə 2-1 hesablı əzmkar qələbəyə sevinib.

Danimarka – Türkiyə 1:2

35 – Daniel Aqqer (pen)

55 – Olcay Şahan

90+2 – Ozan Tufan

Video

gun.az