20 kiloqram qızılı vağzalda unutdu
4.9.2014

Çinin Quandun əyalətinin Şençjen şəhərinin zərgərlik mağazalarından birinin Van adlı əməkdaşı həyatının ən unudulmaz anlarını yaşayıb.

Zərgər avqustun 28-i səhər saatlarında sərgiyə gedərkən 20 kiloqram qızıl məmulatını Harbin vağzalında unudub.

O yalnız qatarda olarkən arxa çantasının olmadığını görüb. Uğursuz sərnişin tez vağzal ilə əlaqə saxlayıb. Məhz bundan sonra müəssisə əməkdaşları və yerli polis itmiş baqajı tapa biliblər. Qızıllar gözləmə zalındakı oturacaqda olub.

Üç saatdan sonra isə çanta sahibinə qaytarılıb.

Gün.Az