Avstraliya sakini Ben Mak-Maqon iki il əvvəl dəhşətli avtomobil qəzasına düşüb və bir həftədən çox koma vəziyyətində qalıb.
22 yaşlı oğlan koma vəziyyətindən çıxanda doğma dilini büsbütün unudub və bununla yanaşı Çin dilində danışmağa başlayıb.
Benin bildirdiyinə görə, o, komadan ayılanda Asiya görkəmli tibb bacısını görüb və ona Çin dilində bunları deyib:
“Üzr istəyirəm, mən həqiqətən özümü çox pis hiss edirəm”.
O, daha sonra tibb bacısından qələm və kağız alaraq Çin dilində bu sözləri yazıb:
“Mən anamı sevirəm, mən atamı sevirəm, mən sağalacağam”.
Gün.Az