Hazırda əsasən kişi və ya qadın komandalarında çalışan kişilərin və
qadınların əksəriyyətinə (96 faiz) kişi kollektivində işləmək daha
rahatdır. "HeadHunter"in martın 7-14-də saytın 4690 istifadəçisi
arasında apardığı tədqiqat bunu göstərir.
Qadın kollektivlərində kişilər (81 faiz) özlərini qadınlardan (70 fazi)
daha yaxşı hiss edirlər. Bu barədə "İnterfaks" xəbər verir.
Bununla yanaşı, hər üç qadından birinə (30 faiz) eyni cinsdən olan
həmkarları ilə işləmək rahat deyil. Qadınların əhatəsində çalışan
kişilərin 19 faizi eyni fikri dəstəkləyir.
Sorğu göstərib ki, kişilər üçün qadın kollektivində (49 faiz) və
qadınlar üçün kişi kollektivində (84 faiz) yaxşı atmosferin rəhni
ünsiyyətin sadəliyidir. Bu zaman qadın kollektivində çalışan hər üç
kişidən biri (34 faiz) diqqətlə əhatə olunduğunu təsdiqləyir və əmək
şəraiti ona yaxşı təsir edir. Lakin qadınların cəmi 9 faizi kişi
həmkarlarının əhatəsində onların diqqətini hiss edir.
Kişi və qadınların kampaniyasına intriqa və qeybət mənfi təsir göstərir:
respondentlərin 84 faizi etiraf edir ki, bu, onlarda ikrah hissi
doğurur. Qadınlar hesab edirlər ki, (55 faiz) əks cinsin əhatəsində
karyera pillələri ilə irəliləmək çətindir, eləcə də "şəxsi problemləri
bölüşməyə, ürəyini açmağa" kimsə yoxdur (36 faiz).
Araşdırmaya görə, qarışıq gender tərkibli qrupun nümayəndələri arasında
qadınların əksəriyyəti (47 faiz) kişi kollektivində işləməyə sevinclə
razılıq verərdilər, qadın kollektivində isə heç vaxt (52 faiz).
"HeadHunter" ekspertləri müəyyən ediblər ki, kişilər isə həm kişi (38
faiz), həm də qadın kollektivində (32 faiz) məmnuniyyətlə çalışardılar.