Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Bakı şəhəri Nəsimi rayonundakı 23 saylı orta məktəbə Tahir Həsənovun adı verilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarına qədər 23 saylı məktəb Milli Qəhrəman Tahir Həsənovun adını daşıyıb. Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarı ilə T.Həsənovun adı məktəbin adından çıxarılıb. Son qərara əsasən isə yenidən məktəb Milli Qəhrəmanın adını daşıyacaq. T.Həsənov bu məktəbdə təhsil alıb.
Qeyd edək ki, bir müddət əvvəl Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı aidiyyəti qurumların qarşısında vəsatət qaldırdığını açıqlamışdı.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilmişdi ki, 23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb. Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur.
Təhsil Nazirliyi qeyd etmişdi ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir. Şəhid adının əbədiləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə bağlı aidiyyəti qurumların qarşısında vəsatət qaldırıb.
APA