Yuxusuz qalmaq sadəcə ertəsi gün yorğunluğa səbəb olmur. O eyni zamanda
insanın daha çox yeməsinə və uzun müddət davam edərsə, piylənməyə də
gətirib çıxarır. Bu barədə GoMap.az Trendə istinadən xəbər verir.
Amerika Birləşmiş Ştatlarındakı klinikalardan birində aparılan araşdırma
az yatanların gün ərzində daha çox kalori aldığını ortaya çıxarıb.
Araşdırmaya qoşulanların yarısı normal müddətdə yatdıqları halda, diğər
yarısı isə bu müddətin üçdə ikisi qədər yatırdılar.
Yuxunun leptin və qrelin hormonları üzərində təsiri olub-olmadığı
gözlənilirdi. Araşdırma müddətində digərlərindən 1 saat 20 dəqiqə az
yatan adamlar orta hesabla 549 kalori daha çox alıblar. Tədqiqatı aparan
mütəxəssislər piylənmə və yuxu ilə bağlı əlaqənin diqqətçəkən məqamları
olduğunu bildirirlər. Doktor Andryu Kalvinin sözlərinə görə, insanlar
özləri də bunu az yatdıqları günlərdə müşahidə edə bilərlər.