Məşhur Hollivud ulduzu “Kurtlar Vadisi-Pusu”da çəkiləcək
5.9.2014

Sentyabrda Kanal D-də yayımlanacaq məşhur serial “Kurtlar Vadisi-Pusu”nun yeni bölümlərində oynayacaq tanınmış Hollivud aktyoru Endi Qarsia Türkiyəyə səfər edəcək.

Endi Qarsia 8 ay əvvəl Şeron Stonla birlikdə “Kurtlar Vadisi” serialında rol alıb.

“Kurtlar Vadisi-Pusu”nun keçən mövsüm finalında diqqət çəkən bütün sualların cavablandırılacağı yeni mövsümün ilk bölümündə Endi Qarsia Amon rolunu canlandıracaq.

Məşhur aktyor “Manhettonda gecə”, “Qanqster”, "Ouşenin 11 dostu” və digər filmlərdə rol alıb.

gun.az