Britaniyadan olan qaradərili qadın dünyaya boz-yaşıl gözlü ağ uşaq gətirməklə həm tibb heyətini, həm də öz həyat yoldaşını heyrətə gətirib.
32 yaşlı nigeriyalı Ketrin Hovart bunları deyib:
“Mama və həkim bir mənə baxdılar, bir də İona, sonra yenə mənə və bir daha ona nəzər saldılar. Onlar sadəcə gözlərinə inana bilmirdilər. Sonradan həkimlər mənə izah etdilər ki, bir neçə həftədən sonra əksər belə doğulan uşaqların dərisi tündləşir, lakin İona doğulduğu kimi qalacaq – tamamilə ağ”.
Gün.Az